• şənbə, 20 Aprel, 02:52
  • Baku Bakı 15°C

Ölmüş erməni hərbçilərinin valideynləri: "Ermənistan ordusunda aclıq, səfalət, korrupsiya, qanunsuzluq hökm sürür"

26.11.16 17:43 1149
Ölmüş erməni hərbçilərinin valideynləri: "Ermənistan ordusunda aclıq, səfalət, korrupsiya, qanunsuzluq hökm sürür"
Ermənistanda həlak olmuş hərbiçilərin valideynləri etiraz aksiyası keçiriblər.
"Report" "1in.am" saytına istinadən xəbər verir ki, onlar Ermənistanhökümətininorduya dəstək məqsədilə həyata keçirdiyi"1000 dram” kampaniyasına etirazlarınıbildiriblər.
Saytın məlumatına görə, Dağlıq Qarabağda atəşkəs razılaşması əldə olunduqdan sonraölmüş erməni hərbi qulluqçularının valideynləri Ermənistan hakimiyyətini, xüsusi ilə də Müdafiə Nazirliyini korrupsiyada, rüşvətxorluqda, komandirlərə pul verməyən əsgərləri işgəncə ilə qətlə yetirməkdə ittiham ediblər.
Həmin valideynlərdənbiri Anahit Mkrtçyan deyib ki, hökumət "1000 dram” kampaniyasındatoplanacaq pulları mənimsəyəcək və həmin vəsaitkimlərinsə şəxsi maraqlarının təmin olunması üçün istifadə ediləcək: "Əvvəla, bu pul yığmaməcburi olmamalıdır. İkincisi, deyirlər ki, guya bu orduya kömək üçündür. Amma mən toplanan vəsaitin buməqsədlə xərclənəcəyinə inanmıram. Həminpullar mənimsəniləcək".
O qeyd edib ki,15 il əvvəl-2001-ci ildəoğlu Arayik Avetisyan xidmət etdiyi hərbi hissənin komandirinə pul vermədiyinə görə öldürülüb: "Oğlum hərbi xidmətdə olandaməzuniyyətə gəlmişdi. Xidmət yerinə qayıtdıqdansonra komandir ondan 100 ABŞ dolları tələb edib.Amma biz kasıb olduğumuza görə həmin pulu düzəldib oğluma verə bilməmişdik. 100 dollarıaparmadığına görə hərbi hissədə övladımı öldürüblər".
Ölmüş əsgərin valideyni bildirib ki, Ermənistan ordusunda indi də açlıq, səfalət, qanunsuzluq hökm sürür: "Oğlum xidmət etdiyi dövrdə də, indi də əsgərlərə lazımı qədər qida vermirlər, onlar açlıqdan əziyyət çəkirlər. Geyimlər isə köhnə və yararsızdır.Oğlanları qulluq edən qonşularım daim övladlarına bağlamalar, alt paltarı, geyim, çəkmələr alıb göndərirlər. Bəs hanı orduya edilən köməklik?! İllərdir heç nə dəyişməyib, əsgərlərin yeməyi, geyimioğurlanmaqda davam edir. Bu oğurluqlar əsgər ölümü ilə nəticələnən hadisələrə səbəb olur,bunu hamı bilir. Hətta bir dəfə nəzarət buraxılış məntəqəsində olarkən ət oğurluğunun şahidi oldum. Keçmiş müdafiə naziri SeyranOhanyanın müxalifətə keçməsinə və onun müxalifət cəbhəsində qəbul olunacağına inanmıram. Aprel döyüşləri göstərdi kim komandirdi, kim generaldır. 104 erməni əsgəri öldü, ancaq ölkədə matəm elan olunmadı. Budur orduya dəstək?”
Sülh dövründə ölmüş erməni hərbi qulluqçularının valideynlərindən Nana Muradyan isə bildirib ki, hakimiyyətdə olanlar ordununadından istifadə edərək, yenidən varlanmaq istəyirlər: "Onlar əsgərölümlərinin qarşısını almaq üçün tədbir görmək əvəzinə, yeni ölümlərə şərait yaradırlar.Valideynlər isə səslərini çıxartmırlar. Hansı əsaslarla erməni əsgərlərini Qarabağın sərhədlərini qorumağa aparırlar və orda öldürürlər. Bizim övladlarımızın ora aparılması tamamilə qanunsuzdur”.
banner

Oxşar Xəbərlər