• cümə axşamı, 28 mart, 20:51
  • Baku Bakı 13°C

Ölkəyə qanunsuz yolla külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb

11.05.17 15:10 1762
Ölkəyə qanunsuz yolla külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb
Gəncə Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Gəncə şəhər sakini Vəliyev Fidayıl Fəxrəddin oğlunun idarə etdiyi "SKODA Octavia" markalı, 99XU122 dövlət nömrə nişanlı avtomobil Gəncə şəhərinin Nizami rayonu ərazisində saxlanılıb.
Gəncə Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycanın aksiz markasıyla markalanmayan cəmi 88.000 ədəd - "Continent", "King New", "King Freshpak", "Cavallo", "Milano", "Milano Nano Edition" və "Manchester" adlı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər