• çərşənbə axşamı, 16 aprel, 12:37
  • Baku Bakı 19°C

Ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi hazırlanır

10.07.18 10:00 498
Ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi hazırlanır
""AzerGold” QSC Azərbaycan ərazisində mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsində və istismara verilməsində kompleks yanaşma tətbiq edir. Bu məqsədlə ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb.
"APA-Economics”in məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin sədrliyi iləNazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "AzerGold” QSC-nin sədri Zakir İbrahimov deyib. Onun sözlərinə görə, sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcək.
"Rəqəmsallaşdırma yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək. Yuxarıda adıçəkilən işlərin icrası məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edilir”, - deyə Z.İbrahimov vurğulayıb.
"AzerGold” sədri əlavə edib ki, Prezidentİlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb.
banner

Oxşar Xəbərlər