• cümə axşamı, 28 mart, 17:07
  • Baku Bakı 16°C

Ölkəni tərəvəz toxumu ilə təmin edəcək yeni şəhərcik salınır

07.08.18 15:30 497
Ölkəni tərəvəz toxumu ilə təmin edəcək yeni şəhərcik salınır
Ölkədə 6 hektar qapalı, 30 hektar açıq sahəsi olan yeni böyük şəhərçik salınır.
Trend-in məlumatına görə, bu sözləri avqustun 7-də "Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
İ.Quliyev bildirib: "Bildiyiniz kimi, tərəvəz toxumu ilə bağlı ölkə prezidentinin sərəncamı əsasında vəsait ayrılıb. Həmin vəsait hesabına Tərəvəzçilik İnstitutunun bazasında böyük şəhərcik salınır. Bununla da ölkədə tərəvəz toxumuna olan təminatı 100% daxili istehsal odəyəcək".
banner

Oxşar Xəbərlər