• şənbə, 20 Aprel, 06:25
  • Baku Bakı 14°C

Ölkəmizin reytinqi yüksəlib

06.11.18 14:22 542
Ölkəmizin reytinqi yüksəlib
Azərbaycan "Worldwide Broadband Price Comparison” genişzolaqlı internet qiymətləri reytinqində 195 ölkə arasında 54-cü yeri tutub.
Trend-in məlumatına görə, bu reytinqi Böyük Britaniyanın "cable.co.uk” saytı tərtib edib.
Əvvəlki reytinqdə Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
Reytinqə əsasən, Azərbaycanda genişzolaqlı internetin orta illik qiyməti ayda 36,97 dollar təşkil edir ki, bu da ötən illə müqayisədə 1,06 dollar azdır.
MDB regionunda ən ucuz genişzolaqlı internet Ukraynadadır. Bu ölkədə orta illik qiymət ayda 5 dollar təşkil edir.
Reytinqə əsasən, MDB-nin böyük hissəsində genişzolaqlı infrastruktur yaxşı inkişaf edib və sağlam rəqabət bazarı mövcuddur.
banner

Oxşar Xəbərlər