Ölkəmizin müxtəlif bölgələrinin dindarları Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - Video
Azərbaycanın din xadimləri və dindarları 2018-ci il
iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaşı bir qrup radikal qüvvənin dövlət
dayaqlarının zəiflədilməsinə yönəldilmiş çirkin və məkrli təxribat cəhdi kimi
qiymətləndirirlər. Onlar bildirirlər ki, ölkəmizdə hökm sürən sabitliyə, əmin-amanlığa,
tərəqqiyə, quruculuq işlərinə, xarici siyasət sahəsində qazanılan uğurlarımıza
kölgə salmaq niyyəti güdən bəzi qüvvələr məkrli niyyətlərini həyata keçirməyə
ciddi cəhdlə çalışırlar. Din pərdəsi altında fəaliyyət göstərən radikal
qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə
zidd hesab edirik. Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından
sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.
Ölkə dindarları qeyd ediblər
ki, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsini daim diqqət
mərkəzində saxlayan dövlət Başçısı cənab İlham Əliyevin təşəbbüsü və
tapşırıqlarına əsasən, məscidlər, dini məbədlər, tarixi abidələr, ziyarətgahlar
inşa edilir, bərpa olunur və yenidən qurulur. Azərbaycandakı dövlət-din münasibətləri
bütün dünyaya nümunədir. Azərbaycan dindarları dövlətimizin dinə, mənəvi dəyərlərimizə
olan münasibətindən çox razıdır.