AZE | RUS | ENG |

Ölkəmizə böyük dividentlər gətirəcək layihə - TANAP

Ölkəmizə böyük dividentlər gətirəcək layihə - TANAP
Ekspertlərin fikrincə, bu layihələrin müəllifi kimi Azərbaycan regionda siyasi mərkəzə çevrilir

Bir neçə ilə əvvəl tikintisinə başlanılan Transanadolu Boru Kəmərinin (TANAP) istismara verilməsi mərasimi iyunun 19-da Türkiyədə keçiriləcək. Açılış tarixinin iyulun ilk həftəsində keçirilməsi nəzərdə tutulsa da, Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə mərasimin vaxtının əvvələ çəkilməsi razılaşdırılıb.
TANAP layihəsinin reallaşdırılması Avropaya mavi qazın çatdırılmasında mühüm rol oynayır. Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolu nədən ibarət olacaq? Eləcə də bu layihə regionda Azərbaycanın mövqeyinə təsir göstərəcəkmi?  
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Aydın Hüseynov bildirdi ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycan çox böyük rol oynamaqdadır: "TANAP və TAP prezident İlham Əliyevin siyasi qətiyyətinin növbəti bariz nümunəsidir. Onun səyi nəticəsində "Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundakı təbii qazın Avropaya çatdırılması və dünya bazarına çıxarılması ilə bağlı TANAP və TAP layihələri artıq reallaşmaq üzrədir. Bu layihə Avropanın enerji təhlükəsizliyində bir baza rolunu oynayacaq. Burada əsas məsələ odur ki, Azərbaycanın apardığı siyasət qarşılıqlı anlaşmaya və etimada əsaslanır. Dövlət başçısının şəxsi keyfiyyətlərindən biri olan etibarlı tərəfdaş anlamı dövlətin imicinin formalaşmasına gətirib çıxarıb. TANAP layihəsində əminlik yaradan həm Azərbaycandakı böyük resurslardır, eyni zamanda neft konsorsiumunun 2050-ci ilə qədər uzadılmasıdır. Yəni ən azından, göstərilən tarixə qədər və sonrakı illərdə də Azərbaycanın böyük enerji potensialı var. Digər tərəfdən, Azərbaycan burada bir etibarlı tərəfdaş kimi öz rolunu oynayır və imicini formalaşdırıb. Ölkəmiz iştirak etdiyi bütün layihələrdə qarşı tərəfin də maraqlarını nəzərə alır. Sözsüz ki, burada Azərbaycan xalqının maraqları ön plandadır və bu birmənalıdır. Eyni zamanda, prezident İlham Əliyevin iştirak etdiyi bütün görüşlər, bağlanan müqavilələr qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanır və səmərəsini də görürük. Bu baxımdan da Avropa Azərbaycana doğru addım atır və mövcud layihələr ölkəmiz üçün böyük dividentlər gətirəcək. Həmçinin ixracatımızın artmasında, ölkə iqtisadiyyatının böyüməsində də çox böyük rol oynayacaq. Bu layihədə iştirak edən ölkələr də bundan öz səmərəsini götürəcək. Eyni zamanda bu layihə iqtisadi əlaqələrlə yanaşı, Avropa ilə Azərbaycan arasında mədəni, ticari əlaqələri genişləndirəcək, turizm potensialını artıracaq və sair. Bu layihə təkcə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına səbəb olmayacaq, eyni zamanda iqtisadiyyatın bütün sahələrinə öz müsbət təsirini göstərəcək”.
 
 
 
A.Hüseynov əlavə etdi ki, Azərbaycanın Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə çox yaxşı iqtisadi və dostluq əlaqələri var: "Bu ölkələrlə bizim bütün sahələrdə mövcud olan münasibətlərimiz və tərəfdaşlığımız öz yüksək inkişaf mərhələsinə qədəm qoyub. Regional layihələrdə Ermənistan iştirak etmir. Azərbaycanın müəllifi olduğu bu layihələr ölkəmizin geosiyasi nüfuzunu daha da yüksəldir. Həmçinin məhz bu layihələrin müəllifi kimi Azərbaycan regionda siyasi mərkəzə çevrilir. Bu baxımdan da ölkəmizin iştirakı olmadan hansısa regional layihə həyata keçirilmir. Eyni zamanda regional layihələr nəticəsində Ermənistan daha da təcrid olunmağa başlayıb. Ona görə də Ermənistanda baş verən hadisələr heç də təsadüfi deyil. O mənada ki, artıq erməni xalqı anlayır ki, onların bu layihələrdən təcrid olunması xalqın məhvi, dövlətin süqutu deməkdir. Bu da ermənilərin öz işğalçılıq siyasətindən əl çəkməsinə gətirib çıxaracaq. Azərbaycan, əlbəttə ki, bunu həm regional layihələr, həm də artan müdafiə qüdrəti ilə edəcəkdir. Ona görə də Azərbaycanın bu layihələrdə iştirakı həm iqtisadi, həm də siyasi nüfuzunu daha da artırır”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, irimiqyaslı enerji layihəsi olan TANAP vaxtilə Heydər Əliyev tərəfindən əsası qoyulmuş layihənin ikinci mərhələsidir: "Əlbəttə ki, Azərbaycan bu layihənin həm təşəbbüskarı, həm də onu həyata keçirən bir dövlətdir. Demək olar ki, Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan böyük rol oynayır. Bu tək bizim fikrimiz deyil, eləcə də bunu dünyada başa düşür, etiraf edirlər. Azərbaycanla bir sıra layihələrdə iştirak edən ölkələr bu istiqamətdə müəyyən addımlar atır, bizimlə əməkdaşlıq edir. Hər halda bunu Avropada başa düşürlər. Bunun yeni bir bariz sübutu ondan ibarətdir ki, bu günlərdə prezident İlham Əliyev Böyük Britaniyada olarkən SOCAR və BP arasında yeni bir saziş imzalandı. Bu sazişin özü bizimlə Böyük Britaniya arasında münasibətlərin bundan sonra da inkişafına gətirib çıxaracaq. Yəni, bu özü-özlüyündə o deməkdir ki, biz Avropa üçün önəmli bir oyunçuyuq və bizim münasibətlərimiz qarşılıqlı şəkildə inkişaf edəcək. İndi dünyada yaranmış mürəkkəb geosiyasi vəziyyətdə Avropanın Rusiyadan qazın alınması ilə bağlı diversifikasiya məsələsində yeni mənbələrin axtarışında olması o deməkdir ki, Azərbaycanın rolu bundan sonra da artacaq”.
 
 
 
F.Sadıxov vurğuladı ki, Azərbaycanın Cənubi Qafqaz regionunda nüfuzunun artması heç də bütün problemləri həll etməyəcək: "Bu, mexaniki bir proses deyil. Avropa Azərbaycanda stabilliyin, təhlükəsizliyin qorunmasının tərəfdarıdır. Bu da həm ölkəmiz, həm də region üçün önəmlidir. Çünki burada yeni münaqişə ocaqlarının olması Azərbaycanın sabitliyini poza bilər və bunu Avropada başa düşürlər. Bir sözlə, Azərbaycanın təhlükəsizliyi və inkişafı artıq dünyanın aparıcı dövlətlərini qane edir. Onların bizə möhtac olması hazırda gündəmdədir və bunu başa düşürlər”.
 
BƏXTİYAR     

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946