• cümə axşamı, 25 aprel, 07:52
  • Baku Bakı 14°C

Ölkəmizdə könüllülük fəaliyyəti gənclərimizin yaşam tərzinə çevrilib

09.01.20 13:07 550
Ölkəmizdə könüllülük fəaliyyəti gənclərimizin yaşam tərzinə çevrilib
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini gücləndirmək, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilib.
Ölkəmizdə könüllülük fəaliyyəti artıq bir çox sahəyə nüfuz edərək, böyük hərəkata və ictimai həyatımızın müxtəlif sahələrinə yayılaraq gənclərimizin yaşam tərzinə çevrilib. Əminliklə deyə bilərik ki, könüllülük hərəkatı ölkəmizin hər tərəfinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.
O bildirib ki, "ASAN”, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri hərəkatlarının fəaliyyəti, o cümlədən digər qurumların tərkibində yaranan könüllü qrupları öz təşəbbüskarlıqları, müasir dünyagörüşləri ilə seçilib, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilində əvəzsiz xidmətlər göstəriblər.
Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu da fəaliyyətə başladığı gündən etibarən tələbələrin ölkədə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə xüsusi əhəmiyyət verir. İnstitutda könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi məqsədilə davamlı maarifləndirmə görüşləri keçirilir. Bu istiqamətdə baş tutan görüşlərdən biri də BMT-nin Azərbaycan üzrə Könüllülər Proqramının təmsilçisi Kiyoun Kimin "BMT-nin Könüllülər Proqramı” barədə institutumuzda olan təqdimatının keçirilməsidir.
Rektor qeyd edib ki, İlahiyyat İnstitutu Təhsil Nazirliyinin "Bir” Tələbə Könüllü Proqramına qoşulub. Bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, fəal tələbə həyatı yaşamalarına şərait yaradır.
"Tələbələrimizin "Könüllülər ili” çərçivəsində daha fəal olmasına inanır, institutumuzda bu istiqamətdə tədbirlər və maarifləndirici görüşlərin keçirilməsini planlaşdırırıq”, – deyə Ceyhun Məmmədov qeyd edib.
banner

Oxşar Xəbərlər