AZE | RUS | ENG |

Ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır

Ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır.
 
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının mütəmadi olaraq daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Prezidentinin minumum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı da buna bariz nümunədir. Bu sərəncamla 2019-cu il martın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulub. Bu minumum əməkhaqqının hazırkı məbləğindən (130 manat) 38,4% çoxdur. Bu artımla respublikamızda minimum aylıq əməkhaqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna - 180 manata çatdırılmasına nail olunub. Hesablamalara görə, minimum əməkhaqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcək. Minimuməmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artıb".
  
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə respublika üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu il yanvarın 1-i tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edəcək. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısını əhatə edəcək.
 
R.Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli, düşünülmüş, mərkəzində daima Azərbaycan vətəndaşının mənafeyi nəzərdə tutulan siyasət xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib və bu uğurlu siyasət daima davam edəcək.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219