• cümə axşamı, 28 mart, 21:57
  • Baku Bakı 13°C

Ölkəmiz daha bir beynəlxalq forumda iştirak edir

15.05.19 13:30 792
Ölkəmiz daha bir beynəlxalq forumda iştirak edir
Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin "Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” adlı XIV forumunda ölkəmiz də təmsil olunur. Ölkəmizi bu forumda Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Musiqili Teatrın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, MDB-yə üzv ölkələrdən 200-dək nümayəndənin iştirak etdiyi Forum çərçivəsində keçiriləcək plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq məsələləri, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması barədə fikir mübadiləsi aparacaqlar.
Mayın 17-dək davam edəcək forum işini MDB-də keçirilən "Kitab ili” ilə əlaqədar yeni nəşrlər və kitab mübadiləsi, "Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü problemlərinin müzakirəsi, həmçinin, MDB-nin əsas dövlətlərarası mükafatı – "Birlik ulduzları”nın təqdimat mərasimi ilə yekunlaşdıracaq.
banner

Oxşar Xəbərlər