• çərşənbə axşamı, 23 aprel, 15:28
  • Baku Bakı 24°C

Ölkəmin və xalqımın gələcəyi mənim gələcəyimdən daha vacibdir

19.04.18 10:10 556
Ölkəmin və xalqımın gələcəyi mənim gələcəyimdən daha vacibdir
Türkiyənin baş naziri Binəli Yıldırım Rəcəb Tayyib Ərdoğanın vaxtından əvvəl prezident və parlament seçkilərini bəyan etməsi ilə bağlı baş nazir postunu tərk etməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə baş nazir Ankarada jurnalistlərə deyib.
B.Yıldırım deyib: "Məndən soruşurlar ki, yeni hökumətdə mənim vəzifəmin olmamasına necə yanaşıram. Cavab verirəm ki, mənim ölkəmin və xalqımın gələcəyi öz gələcəyimdən daha vacibdir".
Qeyd edək ki, aprelin 18-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin 2018-ci il 24 iyun tarixində keçiriləcəyini bildirib.
banner

Oxşar Xəbərlər