• cümə, 26 Aprel, 08:11
  • Baku Bakı 12°C

Ölkələrin ərazi bütövlüyünün pozulması sabitliyə təhdiddir

05.04.18 11:30 819
Ölkələrin ərazi bütövlüyünün pozulması sabitliyə təhdiddir
Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır.
Trend-in məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat bu gün Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir.
banner

Oxşar Xəbərlər