• çərşənbə axşamı, 23 aprel, 10:43
  • Baku Bakı 20°C

"Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib"

25.04.18 13:00 599
"Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib"
"Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademikAkif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: "Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək".
banner

Oxşar Xəbərlər