• cümə, 29 Mart, 15:15
  • Baku Bakı 14°C

Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb - 13 faiz

19.07.19 11:00 21878
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb - 13 faiz
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3.675,8 mln. manat təşkil edib.
Trend-in məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında ümumi göstəricinin 1.902,2 mln. manatının heyvandarlıq, 1.773,6 mln. manatının isə bitkiçilik məhsullarının payına düşdüyü qeyd edilib.
Qeyd edək ki, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.
banner

Oxşar Xəbərlər