• cümə, 19 Aprel, 21:09
  • Baku Bakı 24°C

Ölkədə ilk və yeganə təbii kosmetika istehsal edən şirkət

20.07.16 11:17 6524
Ölkədə ilk və yeganə təbii kosmetika istehsal edən şirkət
"17 ildir ki, bazarda olan "Qazelli Qroup-un məhsullarına təkcə öz ölkəmizdə deyil, xarici ölkələrdə də böyük tələbat var. Həmyerlilərimiz Azərbaycan məhsullarına rast gələrkən qürur hissi keçirirlər. Konsepsiyamızın «Made in Azerbaijan» olması ilə fəxr edirik!”. Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Gazelli Group” şirkətinə media işçiləri üçün təşkil edilən press-tur zamanı səslənən bu fikirlər jurnalistləri adı dillərdə dolaşan yerli məhsullarımızın istehsal prosesi ilə tanış edib.
Fabrikin Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olduğunu bildirən şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı məlumat verərək 1999-cu ildə yaradılan "Gazelli Qroup”un məhz bu sahədə fəaliyyət göstərməsinin təsadüfi olmadığını deyib: "Gazelli Group” Azərbaycanda ilk və yeganə təbii kosmetika istehsal edən şirkətdir. Nəzərə alsaq ki, ölkəmizin təbiəti çox zəngindir və burada 11 iqlim qurşağından 9-u yerləşir, bu imkanlardan istifadə etməmək günah olardı. Bununla da məhsullarımızın yaradılmasında təbiətin bəxş etdiyi nemətlərdən istifadə olunması qərara alınıb. Məhz bu səbəbdən "Gazelli Group” bu gün bütün məhsullarının təbiiliyi ilə bağlı zəmanət verə bilir”. Məhsulların hazırlanarkən meyvə-tərəvəzlərdən ekstraktlar çəkildiyini bildirən Y.Eyvazlı qeyd etdi ki, bu zaman nar, heyva, tərxun, xurma, əncir kimi meyvə və tərəvəzlərdən istifadə edilir: "Bununla yanaşı, elə məhsullarımız var ki, tərkibində xına, kürü, hətta naftalan yağları və vulkan palçığı da var. Ümumilikdə, 100-dən çox inqriyentdən söhbət gedir. Məhz Azərbaycan təbiətinin nemətlərinin məhsullarımızın tərkibinə daxil edilməsi, onları xüsusi ilə fərqli və özünəməxsus edir”.

"Gazelli Group”-un təmsilçisi Nigar Ramazanova şirkətin öz istehsalında Azərbaycan torpağının yetişdirdiyi nemətlərdən istifadəyə üstünlük verdiyini qeyd edib: "Biz məhsullarımız üçün sima seçməmişik. Devizimiz budur ki, hər bir qadın gözəldir və onların gözəlliyini üzə çıxarmaq lazımdır”. Müəssisədə kişilər üçün də məhsullar istehsal olunmağa başlayıb: "İlk dəfə «Formula-1» yarışlarına uyğun olaraq kişilər üçün nəzərdə tutulan məhsulların üzərinə dizayn verdik”. N.Ramazanova şirkətin dünya standartlarına uyğun GMP sertifikatı aldığını da söyləyib: «Bu sertifikatı almaq o qədər də asan deyil. GMP sertifikatını əldə etmək üçün verilən imtahan almanlar tərəfindən qəbul edilir və hər kəs də bu imtahandan keçməlidir. Bu sahədə tələblər çox ciddidir. Hər bir işçi işə daxil olan zaman sağlamlıq arayışını təqdim etməlidir”. Eyni zamanda, şirkətdə məhsullara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən "Halallıq” sertifikatı da verilib.
Hər bir məhsul beynəlxalq standarta cavab verən sertifikata malikdir: "Məqsədimiz öz yerli məhsulumuzun olduğunu göstərməkdir. Qeyd edək ki, bir neçə xətt üzrə istehsal var. Məsələn, 18 adda "Aroma Collection”, 4 adda "Buta” və s. məhsullar istehsal edilir. Hazırda istehsal prosesində olan məhsullar da var. Bundan əlavə, naftalan yağı patentləşdirilib. Həmçinin vulkan palçığı istehsal olunur. Müqavilə əsasında sifarişlər də həyata keçirilir. Hazırda istehsal prosesində olan məhsullar var”. Şirkətin məhsulları digər ölkələrə də ixrac edilir. Məhsullar artıq İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Gürcüstan bazarlarına çıxarılıb, bir neçə Avropa ölkəsi ilə danışıqlar aparılır.

«Ətraf mühitə qayğı ilə yanaşmaq»

Şirkətdə olarkən öyrəndik ki, "Gazelli Group” müasir avadanlıqlarla təchiz olunmuş fabrikə və elmi-tədqiqat laboratoriyasına malikdir. 12.000 kv.m sahəyə malik olan fabrik ekoloji zonada yerləşir: «Ətraf mühitə qayğı ilə yanaşmaq» prinsipinə əsaslanaraq, fabrik tikilərkən ərazidəki ağaclar qorunub saxlanılıb, hazırda bu ağaclar binanın içərisində oranjeriya şəklində qorunur. Şirkət sosial layihələrə önəm verir”.

"Gazelli Group” həmçinin əməkdaşlarının rahatlığını da düşünür. Şirkətdə personal üçün bütün şərait yaradılıb, onlar gündəlik nahar yeməyi ilə təmin olunurlar. 250 nəfərdən çox əməkdaşı olan kollektivdə əlillər, qaçqın və məcburi köçkünlər, himayəsində əlil uşaqlar olanlar, o cümlədən də üç uşaq evini yenicə tərk etmiş şəxslər var: "Bu, şirkətimizin sosial layihələrə önəm verdiyinin göstəricisidir”. İşçilər əsasən vakansiya elan olunduqdan sonra müsabiqə yolu ilə qəbul edilir.
N.Ramazanova istehsalat müəssisəsinin dünya standartlarına uyğun şaquli şəkildə tikildiyini qeyd etdi: «Bütün məhsullar insan əli toxunmadan qablaşdırılır və avtomatik qaydada borular vasitəsilə yönləndirilir”.

İki şöbənin və bir laborotoriyanın daxil olduğu Elmi Sınaq Departamentinin rəhbəri Leyla Dadaşova müəssisəyə daxil olan xammalın laborotoriyada müayinədən keçirildiyini bildirdi: «Biz öz istehsalçımızdan təhlükəsizlik sertifikatı tələb edirik və həmin sənəd üzrə analizlər aparırıq. Lazım olan məhsul qəbul edilir, gərəksiz məhsul kənarlaşdırılır. Kosmetik məhsulun çeşidləri çox genişdir. Biz gigiyenik məhsullar istehsal edirik. Bu yaxınlarda parfüm də istehsal edəcəyik. Hazırda bazarda olan "Aroma Collection” və "Buta” məhsullarımız bitki ekstratları əsasında istehsal olunur. Ekstratları özümüz alır və analiz edirik. Bunlar effektiv məhsullardır». Fabrikdə istehsal olunacaq parfümlərə gəlincə, bitkidən alınmış hazır efir yağları əgər Azərbaycanda istehsal olunarsa buradan, olunmazsa Fransadan alınacaq.
"Gazelli Group”un baş texnoloqu Yusif İsmayılov jurnalistləri istehsalat otaqları ilə tanış edərək əsas 14 istehsalat xarakterli otağın olduğunu qeyd etdi. Həmin otaqlarda məhsulların istehsalı, doldurulması, etiketlənməsi və markalanması həyata keçirilir. "Gazelli Group” yerli məhsulumuzun şöhrətini yaymaq və brend kimi tanıtdırmaq istiqamətdində fəaliyyətini genişləndirmək niyyətindədir. Yəqin ki, get-gedə şirkətin məhsullarının soragı daha böyük coğrafiyanı əhatə edəcək.








Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər