• cümə, 29 Mart, 17:47
  • Baku Bakı 14°C

Ölkədə əmtəəlik təbii qaz hasilatı 43 faizdən çox artıb

14.05.19 13:45 552
Ölkədə əmtəəlik təbii qaz hasilatı 43 faizdən çox artıb
Azərbaycanda əmtəəlik təbii qaz istehsalı 43,5 faiz artıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft istehsalı planlaşdırılmış təmir işləri ilə əlaqədar "Azəri-Çıraq-Günəşli” yatağının "Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 43,5 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4 faiz çoxalıb.
banner

Oxşar Xəbərlər