• cümə, 19 Aprel, 05:07
  • Baku Bakı 18°C

Ölkədə bir gündə 117 cinayət baş verib

17.11.18 16:00 594
Ölkədə bir gündə 117 cinayət baş verib
Noyabrın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin cinayətlərin 11-i "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər