• cümə, 29 Mart, 01:36
  • Baku Bakı 7°C

Ölkədə bir gündə 103 cinayət hadisəsi baş verib

07.07.18 12:15 579
Ölkədə bir gündə 103 cinayət hadisəsi baş verib
İyulun 6-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onların da 14-ü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər