• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Ölkə prezidenti yığmamızın oyununda - Yenilənib

22.09.17 20:48 1454
Ölkə prezidenti yığmamızın oyununda - Yenilənib
Oyunun üçüncü setində də üstün oyun nümayiş etdirən Azərbaycanın qadın voleybolçuları rəqibə heç bir şans verməyərək 25:16 hesabı ilə asan qələbə qazanıblar.
Beləliklə, hər üç setdə qalib gələn voleybolçu qızlarımız Avropa çempionatına qələbə ilə başlayıblar.
-----------
20:21
İkinci setin əvvəlindən üstünlüyü ələ alan Azərbaycan voleybolçuları rəqibə çətinlik çəkmədən qalib gəliblər – 25:14.
-----------
19:48

Milli komandamız ilk setin əvvəlində hesabda irəli çıxsa da, çox keçmədən macarıstanlı voleybolçular üstünlüyü ələ alıblar. Lakin yüksək əzmkarlıq nümayiş etdirən voleybolçu qızlarımız setin sonuna doğru üstünlüyü ələ alaraq, ilk seti qələbə ilə başa vurublar – 25:23.
-----------
19:09
Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının "A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşır.
AZƏRTACxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığmasının start heyətində meydana Kseniya Pozdnyak, Odina Bayramova, Alyona Həsənova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova və Valeriya Məmmədova çıxıblar.
Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra hakimin final fiti səslənib.
banner

Oxşar Xəbərlər