• çərşənbə axşamı, 23 aprel, 16:32
  • Baku Bakı 24°C

Livorno Musiqi Festivalında Qara Qarayevə həsr edilən konsert proqramı təqdim olunacaq

09.08.18 11:45 655
Livorno Musiqi Festivalında Qara Qarayevə həsr edilən konsert proqramı təqdim olunacaq
Avqustun 21-dən sentyabrın 8-dək İtaliyada VIII Livorno Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTACfestivalın saytına istinadla xəbər verir ki, tədbir çərçivəsində sentyabrın 4-də görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevə həsr edilən fortepiano konserti təqdim olunacaq. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə tanınmış pianoçu Olqa Domninan ifasında Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.
banner

Oxşar Xəbərlər