• cümə axşamı, 28 mart, 23:44
  • Baku Bakı 13°C

Liviyanın uğursuz cəhdi və Maduronun açıqlaması nefti bahalaşdırır

19.09.16 10:57 961
Liviyanın uğursuz cəhdi və Maduronun açıqlaması nefti bahalaşdırır
Dünya bazarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar artaraq 43,84 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,76 dollar artaraq 46,53 dollar olub.

Neftin bahalaşmasının bir neçə səbəbi var. İlk növbədə "qara qızıl"ın qiymətinə müsbət təsir edən amil odur ki, Liviya rəhbərliyinin açıqlamalarına baxmayaraq Ras-Lanuf limanından neft tankerlərini yola salmaq mümkün olmayıb. Ölkədə baş verən vətəndaş müharibəsi səbəbindən terminal iki il fəaliyyətsiz qalıb.
Bununla yanaşı, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, neft istehsalçıları "hasilatın dondurulması barədə sentyabrda elan edə bilər".

Xatırladaq ki, neft bazarı ötən həftəni pessimistik notlar üzərində başa vurub. Buna səbəb Liviya, İran, Nigeriya kimi ölkələrin dünya bazarına çıxardığı neftin həcmini artırmaq niyyətində olduğunu bəyan etməsidir. Ümumilikdə, ötən həftə Brent markalı neftin qiyməti 5% azalaraq 46 dollardan aşağı enib.
banner

Oxşar Xəbərlər