• cümə, 19 Aprel, 09:18
  • Baku Bakı 13°C

Liviya Omanda OPEK+ komitəsinin iclaslarında iştirak edəcək

14.01.18 23:38 558
Liviya Omanda OPEK+ komitəsinin iclaslarında iştirak edəcək
Liviya yanvarın 21-22-də Omanda keçiriləcək OPEK+ ölkələrinin neft hasilatının ixtisarı haqqında razılaşmanın icrasının monitorinqi üzrə nazir komitəsinin görüşündə iştirak edəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Omanın Neft və Qaz Nazirliyinin Marketinq üzrə direktoru Əli bin Abdulla ər-Rayami bildirib.
"Liviya Milli Neft Şirkətinə görüşdə iştirakla bağlı dəvətnamə göndərilib. Onlar öz iştirakını təsdiq ediblər", - deyə ər-Rayami bildirib.
Liviya və Nigeriya əvvəllər OPEK+ razılaşması çərçivəsində neft çıxarmanın ixtisarı üzrə öhdəliklər götürməmişdilər. Çünki bu ölkələrin neft sənayesi silahlı qruplaşmaların hərəkətlərindən güclü zərər çəkib. Ancaq ötən il noyabrın sonunda Vyana razılaşmasının iştirakçı olan 24 ölkənin görüşün nəticəsinə görə Liviya və Nigeriyanın 2018-ci ildən 2017-ci il səviyyəsində istehsalı məhdudlaşdırması barədə qərar qəbul edilib. Liviya üçün bu məhdudlaşma təxminən 1 milyon barel, Nigeriya üçün təxminən 1,8 milyon barel nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər