• cümə axşamı, 25 aprel, 14:42
  • Baku Bakı 23°C

“Liverpul”un çempion elan edilməsinin əleyhinədir

16.03.20 15:00 1401
“Liverpul”un çempion elan edilməsinin əleyhinədir
İngiltərə yığmasının sabiq futbolçusu Alan Şirer koronavirusa görə Premyer Liqada yaranan durumla bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Şirer, çempionat tam dayandırılacağı təqdirdə, "Liverpul”un çempion elan edilməsinin əleyhinə olduğunu deyib. O, mövsümün nəticələrinin ləğv edilməsini təklif edib:
"Əgər mövsüm başa çatmayacaqsa, onda qalibi elan etmək olmaz. Ola bilsin ki, bu, bəzi klublar üçün bir qədər sərt görünsün. Amma bu adım yeganə çıxış yoludur.
Bir halda ki, çempion kim olacağını, Premyer Liqanın hansı komandanı tərk edəcəyini bilmiriksə... Bəli, bu, "Liverpul” üçün qəddar bir qərar olardı. Amma başqa bir vicdanlı qərar görürsünüz?
Düzdür, çempion olmaq üçün onlara sadəcə, 6 xal lazımdır. Amma bu 6 xalı qazanmaq da vacibdir. Mənim fikrimcə, çempionatı davam etdirmək mümkün olmasa, mövsüm ləğv edilməlidir”.
banner

Oxşar Xəbərlər