• çərşənbə, 24 Aprel, 08:19
  • Baku Bakı 13°C

“Liverpul”un azarkeşlərini Neapolda döydülər

04.10.18 12:15 526
“Liverpul”un azarkeşlərini Neapolda döydülər
Çempionlar Liqasında keçirilən "Napoli” - "Liverpul” oyunundan əvvəl insident yaşanıb.
Kaspi.az xəbər verir ki, "Liverpul” azarkeşləri döyülüblər. İnsident nəticəsində bir ingilis azarkeş xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bir qrup radikal "Napoli” fanatı oyundan əvvəl Neapolun küçələrini gəzərək "Liverpul” azarkeşlərini axtarıblar. Radikallar rast gəldikləri ingilislərə hücum ediblər.
Şəhər polisinin rəhbəri bildirib ki, ingilislərə hücum edən qrupun üzvləri əsasən yeniyetmələrdən ibarət olub.
"Napoli” "Liverpul”a 1:0 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər