• cümə, 19 Aprel, 22:51
  • Baku Bakı 24°C

“Liverpul” cinsi azlıqlara təminat verdi

05.11.19 12:23 763
“Liverpul” cinsi azlıqlara təminat verdi
"Liverpul” cinsi azlıqların nümayəndəsi olan azarkeşlərinə müraciət edib.
Kaspi.az xəbər verir ki, klub rəhbərliyi Qətərdə keçiriləcək klublararası dünya çempionatını izləmək istəyən cinsi azlıqların nümayəndələrinə təminat verib. "Liverpul”un icraçı direktoru Piter Mur bildirib ki, cinsi azlıqların nümayəndələri çəkinmədən Qətərə yollana bilərlər.
Məsələ burasındadır ki, Qətərdə homoseksualizm qadağandır. Ona görə də, "Liverpul” azarkeşləri orda problemlə üzləşəcəklərini güman edirdilər. Amma icraçı direktor homoseksualları əmin edib ki, onlara qarşı hər hansı problem yaradılmayacaq və bununla bağlı təminat alıblar.
Klublararası dünya çempionatı dekabrın 11-dən 21-nə qədər Dohada keçiriləcək.
banner

Oxşar Xəbərlər