• cümə axşamı, 18 aprel, 06:01
  • Baku Bakı 12°C

Litvada Xocalı soyqırımı anılıb

26.02.14 16:06 1261
Litvada Xocalı soyqırımı anılıb
Azərbaycanın Litvadakı səfirliyi “Xocalıya ədalət” kompaniyası çərçivəsində Litvanın bir sıra şəhərlərində silsilə tədbirlər həyata keçirib. Azərbaycanın Litvadakı səfirliyinin təşəbbüsü ilə fevral ayının 15-dən başlayaraq Vilnüs şəhərinin ən böyük mərkəzi küçə və meydanlarında hərəkət edən sərnişin avtobuslarının üzərinə Xocalı soyqrımını özündə əks etdirən məlumatlar yerləşdirilib.
Şəhərin əksər nəqliyyat dayanacaqlarında üzərinə “Xocalı 20-ci əsrin ən amansız soyqrımı aktıdır” yazılmış plakatlar ermənilərin 22 il bundan öncə Xocalı şəhərində həyata keçirtdikləri misli görünməmiş vəhşiliklərin Litva ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna rol oynayıb. Azərbaycan Teleradio Verilişləri QSC-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun Kaspi.az-a verdiyi məlumata görə Azərbaycan səfirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Litva Mikolas Romeris Universitetində keçirilən “Beynəlxalq kontekstdə Cənubi Qafqazda həll olunmamış münaqişələr və Xocalı soyqırımı” konfransında ermənilərin tarix boyu xalqımıza və torpaqlarımıza qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrımı siyasəti ssenarisinin təsdiqlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edib. Litvanın dövlət və hökumət rəsmilərinin, parlament üzvlərinin, elm və təhsil xadimlərinin, politoloqların və siyasi ekspertlərin, diaspora fəallarının və gənclərin iştirak etdiyi konfransda Mikolas Romeris Universitetinin beynəlxalq hüquq üzrə professoru Laurinas Biekşa və Litva Azərbaycan Assosiasiyasının sədri İmantas Melianas çıxış edərək erməni silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri qəddarlıq baxımından bəşər tarixinin ən amansız soyqrımı siyasəti adlandırıblar.
Xocalı soyqrımını şərh edən İmantas Melianas tarixi reallıqlar baxımından hadisələrin gedişatını dəyərləndirib: “Azərbaycan zaman-zaman imperiya dövlətlərinin apardığı siyasət nəticəsində işğala məruz qalıb. Təbii ki, Qarabağın işğal olunması və Xocalı soyqrımı da eyni ssenarinin tərkib hissəsidir. Əminəm ki, ilbəil iqtisadi qüdrətini gücləndirən Azərbaycan dövləti gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək. Konfransda çıxış edən Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə ermənilərin zaman-zaman Azərbaycana köçürülməsi siyasətindən danışaraq imperiya dövlətlərinin ssenarisi əsasında Azərbaycanın əzəli torpaqları üzərində Ermənistan adlı dövlətin yaradılmasını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ermənilərin Xocalıda həyata keçirtdikləri soyqrımı siyasətinə dünya birliyinin və beynəlxalq təşkilatların hüquqi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən səfir Xocalı soyqrımının dünya birliyi tərəfindən qəbul olunması üçün yetərincə faktların olduğunu diqqətə çatdırıb. “Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasını istəyir. Ermənilər işğalçılıq siyasətindən əl çəkməsə, beynəlxalq hüquq normalarına əməl etməsə Azərbaycan məcburiyyət qarşısında qalıb öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcək”.
Konfransda Litva Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru Qreta Monika Tuçkute, QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Mustafa Qurbanlı və digər siyasi ekspertlər çıxış edərək Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasından bəhs ediblər. Mənfur qonşularımızın Xocalıda törətdikləri qəddarlıq aktını bəşəri cinayət adlandıran natiqlər Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına əminliklərini bildiriblər.
Konfransda “Xocalıya ədalət” kompaniyası çərçivəsində Azərbaycan səfirliyinin Litvanın bir sıra ali təhsil ocaqlarının tələbələri arasında keçirtdiyi “Mən Qarabağ haqqında nə bilirəm” inşa müsabiqəsinin qaliblərinə fəxri diplom və pul mükafatları təqdim olunub.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər