• cümə, 19 Aprel, 05:57
  • Baku Bakı 18°C

Litvada prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək

13.05.19 09:00 418
Litvada prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək
Litvada prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, prezident seçkiləri ilə parallel keçirilən referendumun nəticələri isə səsverənlərin az olması səbəbindən ləğv edilib.
Litvanın prezidenti postuna 9 namizəd olub. Qalibiyyət üçün 50 faizdən artıq səs toplamaq lazım idi. Bu səsi heç bir namizəd toplaya bilmədiyinə görə, iki həftədən sonra ikinci mərhələ baş tutacaq.
İkinci mərhələyə iqtisadçı Qitanas Nauseda (31,52%) və sabiq maliyyə naziri İnqrida Şimonite (26,76%) keçiblər.
Səsvermədə 22,24 faiz səs toplayan baş nazir Saulyus Skvernyalis məğlubiyyətini qəbul edib və istefaya gedəcəyini söyləyib.
banner

Oxşar Xəbərlər