• cümə, 29 Mart, 15:08
  • Baku Bakı 14°C

Litvada koronavirusa yoluxanların sayı 581 nəfərə çatıb

02.04.20 12:15 1199
Litvada koronavirusa yoluxanların sayı 581 nəfərə çatıb
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 44 nəfər artaraq 581-ə çatıb.
AZƏRTACxəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 12 min 574 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1849 nəfərdən götürülən analizin 44-nün nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 8 ölüm hadisəsi qeydə alınıb.
banner

Oxşar Xəbərlər