Litva Prezidenti sərt mövqedə qalacağını bəyan edib

Litva Prezidenti sərt mövqedə qalacağını bəyan edib

Siyasət
18 İyul 2019, 12:00 22426
Litvanın yeni prezidenti Qitanas Nauseda bəyan edib ki, Belarusla münasibətlərin yaxşılaşdırılmasına hazırdır, lakin qonşu ölkənin inşa etdiyi atom elektrik stansiyasına qarşı sərt mövqedə qalacaq.
AZƏRTAC xəbər verir ki, Polşaya səfəri zamanı Varşavada jurnalistlər qarşısında çıxış edən Qitanas Nauseda bir daha diqqəti Belarus Atom Elektrik Stansiyasına yönəldib. O bəyan edib ki, qonşu ölkə Litva sərhədinə yaxın ərazidə AES inşa edir və təhlükəsizlik normaları gözlənilmir. Litva Prezidenti ölkəsinin heç vaxt bu stansiyanın istehsal etdiyi enerjini almayacağını da bildirib.