• cümə, 19 Aprel, 16:10
  • Baku Bakı 25°C

Litva müdafiə naziri: “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq”

04.02.17 20:18 959
Litva müdafiə naziri: “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq”
"Litva Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”.
APA-nın Litvanın Milli Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bunu Litva müdafiə naziri Raymundas Karoblis Ermənistanın Vilnüsdəki səfiri Tiqran Mkrtçyanla görüşü zamanı deyib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə AzərbaycanınDağlıq Qarabağərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
banner

Oxşar Xəbərlər