• çərşənbə axşamı, 23 aprel, 10:02
  • Baku Bakı 20°C

Litva Azərbaycan və Macarıstandakı səfirlərini geri çağırır

23.08.13 14:19 1110
Litva Azərbaycan və Macarıstandakı səfirlərini geri çağırır
Səfirlər Renatas Yuşka və Arturas Jurauskas ətrafında yaranan qalmaqal Litva Seyminin Xarici əlaqələr komitəsində müzakirə olunub
Bu gün Litva Seyminin Xarici əlaqələr komitəsində bu ölkənin xarici işlər naziri Linas Linkyaviçüsun Litvanın Macarıstan və Azərbaycandakı səfirləri Renatas Yuşka və Arturas Jurauskasın telefon danışıqlarının internetdə yayılmasından sonra yaranan qalmaqalla bağlı təklifləri dinlənilib.
Bu barədə APA-ya məlumat verən Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Benediktas Yuodka (Benediktas Juodka) bildirib ki, nazir L. Linkyaviçüs səfirlərin rəsmi qaydada geri çağırılmasını təklif edib: “Lakin biz hələlik bu məsələni müzakirə etmədik, nəticələrə Komitənin növbəti iclasında baxılacaq. Komitə qərar verəndən sonra məsələyə hökumət tərəfindən baxılacaq. Sonda prezident müvafiq sərəncam imzalamalıdır. Lakin əgər ölkə rəhbərliyi həmin səfirlərin fəaliyyətinə şübhə ilə yanaşırsa, biz bu məsələyə laqeyd qala bilmərik. Komitədə məsələ səsvermə yolu ilə həll olunacaq, son qərarı isə hökumət və prezident qəbul edəcək”.
Səfirlərin diplomatik statusdan məhrum edilməsinin mümkünlüyü barədə suala cavabında isə B. Yuodka deyib ki, nazir belə bir təklif irəli sürməyib: “Nazir yalnız onları geri çağırmağı təklif edib, bu isə onların diplomatik xidmətdən xaric edilməsi demək deyil”.
banner

Oxşar Xəbərlər