• şənbə, 20 Aprel, 17:58
  • Baku Bakı 23°C

Liseylərə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb

08.07.19 11:00 509
Liseylərə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.
Valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.
BŞTİ-dən bildirilib ki, Texniki-humanitar lisey, 2 nömrəli Texniki-humanitar lisey, 147 nömrəli Texniki-humanitar lisey və 291 nömrəli Ekologiya liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1239 şagird qatılıb. Onlardan 567-si müsabiqənin nəticələrinə görə uğur qazanıb.
23 məktəb-lisey və liseyin VII siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2046 şagird iştirak edib. Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıblar.
banner

Oxşar Xəbərlər