AZE | RUS | ENG |

Lisey direktoru barəsində cinayət işi başlanıb

Lisey direktoru barəsində cinayət işi başlanıb
Təhsil Nazirliyinin Abşeron-Ceyranbatan Peşə Liseyinin sabiq direktoru Əliyar Allahverdiyev və liseyin mühasibi Xəqani Məmmədovun barəsində cinayət işi başlanıb.
 
APA-nın xəbərinə görə, Ə. Allahverdiyev və X. Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb. 
 
İttihama görə, Əliyar Allahverdiyev Abşeron-Ceyranbatan Peşə Liseyinin direktoru vəzifəsində işləyərkən həmin liseyin baş mühasibi Xəqani Məmmədov ilə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib. Əliyar Allahverdiyev həmin liseyin pedaqoji işçilərinə və istehsalat təlimi ustalarının əməkhaqqı cədvəlinin hesablanması və verilməsi barədə 2013-2017-ci illər üzrə liseyin nümunəvi ştat, tədris saatları və pedaqoji işçilərin, həmçinin istehsalat təlim ustalarının əməkhaqqı cədvəlini liseyin direktoru kimi imzalayıb. 
 
O, həmin məbləğlərdə pulları işçilərə əməkhaqqı şəkilində qanunsuz verilməsini təmin edib, Təhsil Nazirliyinin əmlakını israf etmə yolu ilə talayıb. 
 
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində istintaq araşdırmalar davam etdirilir. 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815