• cümə axşamı, 25 aprel, 21:36
  • Baku Bakı 21°C

Lisenziya və icazələr üçün vahid reyestr yaradıldı

19.09.16 13:12 1356
Lisenziya və icazələr üçün vahid reyestr yaradıldı
İqtisadiyyat Nazirliyi lisenziya və icazələrin vahid reyestrini aparacaq.
Nazirlər Kabineti "Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nı təsdiq edib. Reyestr İqtisadiyyat Nazirliyi tərəfindən elektron formada aparılır.
Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün açıqdır.
Reyestrdə olan məlumatlar sorğunun daxil olduğu tarixdən 5 iş günü ərzində nazirlik tərəfindən verilir.
Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.
banner

Oxşar Xəbərlər