• çərşənbə axşamı, 19 mart, 09:23
  • Baku Bakı 8°C

"Linfild" və "Qarabağ" matçı üçün bütün hakim təyinatları açıqlanıb

18.08.19 13:21 9208
"Linfild" və "Qarabağ" matçı üçün bütün hakim təyinatları açıqlanıb
Şimali İrlandiyada"Linfild"və"Qarabağ"komandaları arasında keçiriləcək Avropa Liqasının ilk "pley-off" matçı üçün bütün təyinatlar açıqlanıb.
"Report" xəbər verir ki, avqustun 22-də Belfastdakı "Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
22 avqust
22:45."Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim:Sandro Şörer
Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mikael Zaltser (İsveç)
Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər