Lineker “Real”ı ələ saldı
İngiltərə
yığmasının sabiq futbolçusu Qari Lineker "Real”a "sataşıb”.
Kaspi.az xəbər
verir ki, "Real” "Real Sosyedad”a 0:2 hesabı ilə məğlub olduqdan sonra Lineker
"tvitter”də status yazıb. Onun yazdığı statusda "kral klubu”na qarşı ironiya
aşkar hiss olunub:
"Real”ın məğlub
olmasına baxmayaraq, mən hələ də inanıram ki, onlar Avropa Liqasına vəsiqə əldə
edə biləcəklər”.
Lineker vaxtilə
"Barselona”nın şərəfini qoruyub. "Real” 18 turdan sonra 30 xal toplayaraq,
turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.