• cümə, 19 Aprel, 10:54
  • Baku Bakı 13°C

Lineker “Real”ı ələ saldı

07.01.19 11:38 899
Lineker “Real”ı ələ saldı
İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker "Real”a "sataşıb”.
Kaspi.az xəbər verir ki, "Real” "Real Sosyedad”a 0:2 hesabı ilə məğlub olduqdan sonra Lineker "tvitter”də status yazıb. Onun yazdığı statusda "kral klubu”na qarşı ironiya aşkar hiss olunub:
"Real”ın məğlub olmasına baxmayaraq, mən hələ də inanıram ki, onlar Avropa Liqasına vəsiqə əldə edə biləcəklər”.
Lineker vaxtilə "Barselona”nın şərəfini qoruyub. "Real” 18 turdan sonra 30 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər