• cümə, 26 Aprel, 09:39
  • Baku Bakı 12°C

Liftdə qalmış iki nəfər xilas edildi

02.11.13 08:05 1228
Liftdə qalmış iki nəfər xilas edildi
Bakının Nərimanov rayonunda 9 mərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti birinci mərtəbəyə endirib, qapıları açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıb.
banner

Oxşar Xəbərlər