• şənbə, 20 Aprel, 12:18
  • Baku Bakı 23°C

“LifeNews”un jurnalistləri cəbhədə baş verənləri təhrif ediblər - XİN

05.04.16 13:05 879
“LifeNews”un jurnalistləri cəbhədə baş verənləri təhrif ediblər - XİN
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın “LifeNews” kanalının jurnalistlərinin ölkədən çıxarılması məsələsinə münasibət bildirib.

Nazirliyin mətbuat katibi Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, onlar həqiqətən Azərbaycandan çıxarılırlar.
O qeyd edib ki, “LifeNews” Azərbaycan ərazisində akkreditasiya olunmadan işləyib: “Onlar cəbhə xəttində baş verən hadisələrlə bağlı verdikləri materiallarda hadisələri təhrif edib, qeyri-obyektiv informasiya təqdim ediblər. Azərbaycan tərəfi onlara xoş niyyətlərini ifadə etsə də, jurnalsitlər öz təxribatçı fəaliyyətlərini davam etdiriblər”.
Hikmət Hacıyevin sözlərinə görə, bunar nəzərə alınaraq, onların ölkədə olması məqsədəuyğun sayılmayıb.
banner

Oxşar Xəbərlər