• cümə axşamı, 18 aprel, 22:47
  • Baku Bakı 21°C

Lifan-ın yeni avtomobilləri yığılacaq

02.09.16 16:06 917
Lifan-ın yeni avtomobilləri yığılacaq
Naxçıvan Avtomobil Zavodu (NAZ) "Lifan" avtomobillərinin yeni modellərini istehsal edəcək.
Bu məsələ bu gün Bakıda Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayev və "Lifan International"ın baş direktoru Sun Szeszyun arasında aparılan danışıqlarda müzakirə olunub.
M. Abdullayev Trend-ə bildirib ki, Azərbaycanda istehsal edilən modellər sırasına "Lifan X7" tam ötürücülü avtomobili və 11 nəfərlik miniven daxil olacaq.
Danışıqlar zamanı NAZ-ın hazır məhsullarının üçüncü ölkələrə tədarük edilməsinə dair razılıq da əldə olunub.
M. Abdullayevin sözlərinə görə, tərəflər, həmçinin Azərbaycanın bölgələrində diler şəbəkəsinin açılması, eləcə də Azərbaycan bazarında satışların maliyyələşdirilməsi məsələsində Çin banklarının dəstəyi barədə fikir mübadiləsi aparıb.
S. Szeszyun isə Azərbaycan bazarının perspektivliyini, onun potensialını xüsusi qeyd edib: "Azərbaycan iqtisadiyyatının artımı aydın görünür, bu baxımdan Bakının hansı templə böyüdüyünə və yaxşılaşdığına baxmaq kifayət edir".
"Lifan" nümayəndələri azərbaycanlı həmkarlarının yüksək peşəkarlığını vurğulayıblar.
Çin zavodunun nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" İstehsalat birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev ilə də görüş keçirib.
banner

Oxşar Xəbərlər