AZE | RUS | ENG |

Lidinqton: “Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi vacibdir”

Lidinqton: “Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi vacibdir”
Böyuk Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ADA Universitetində olub. APA-nın məlumatına görə, universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən D. Lidinqton artıq ikinci dəfə Azərbaycanda olduğunu və hər səfərində Bakının öz sürətli inkişafı ilə onu təəccübləndirdiyini deyib. Nazir iki ölkə diplomatları arasında sıx əlaqələrin olduğuna diqqət çəkərək ötən il Böyük Britaniyanın aparıcı diplomatlarından olan Saymon Frazerin ADA-da mühazirə oxuduğunu xatırladıb. Dağlıq Qarabağ probleminə toxunan qonaq ölkəsinin bu münaqişənin sülh yolu ilə həll olunmasını dəstəklədiyini qeyd edərək, 2010-cu ildə Azərbaycana səfərindən bu günə qədər bu məsələdə irəliləyiş olmamasından məyusluğunu bildirib. D. Lidinqton konfliktin 20 il ərzində həll olunmamasının bir sıra itkilərə səbəb olduğunu, tərəflərin bir-birinə nifrətinin artdığını vurğulayıb: “Davam edən konflikt nəticəsində iki tərəfdə insanlar - gənc əsgərlər ölürlər. İnsanlar öz evlərini tərk edir. Yüz minlərlə azərbaycanlı çətin şəraitdə qaçqın düşərgələrində yaşayır. Sülh razılaşması bu insanların öz evlərinə dönməsinə imkan yaradacaq. Sülh Cənubi Qafqazın inkişafına və bütöv şəkildə Asiya və Avropa arasında körpü rolunu oynamasına imkan verəcək”. D. Lidinqton Madrid prinsiplərinə diqqət çəkərək Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu bildirib: “Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Bunsuz həll yolu ola bilməz”. Nazir iki xalq arasında əlaqələrin olmadığını və zaman keçdikcə münasibətlərin daha da kəskinləşdiyini vurğulayıb: “Vaxt ötdükcə təhlükə də böyüyür və gələcək sülhün əldə olunması çətinləşir. Azərbaycanın və Ermənistanın dostu kimi mən mesaj çatdırmaq istəyirəm ki, tərəflər bir-birinə potensial tərəfdaş kimi baxmalıdırlar. Bundan sonra konflikt həll olunacaq. Əsas məsələ odur ki, biz bu münaqişənin həllində xalqları mərkəzdə görək”. Sonda britaniyalı nazir tələbə və müəllimlərin suallarını cavablandırıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8931
GEL 1 1 Gürcüstan larisi 0.6302
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1934
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1784
CHF 1 1 İsveçrə frankı 1.6666
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2862