• çərşənbə, 24 Aprel, 03:17
  • Baku Bakı 14°C

"Liderlik Məktəbi"nin açılış mərasimi keçirilib

13.10.19 12:32 318
"Liderlik Məktəbi"nin açılış mərasimi keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış vəOmbudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində on doqquzuncu tədris ilinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, UNİCEF-in Azərbaycan nümayədəliyinin rəhbəri, Liderlik məktəbinə cəlb olunmuş şagirdlər, habelə əvvəlki buraxılışların məzunları, valideyn və müəllimlər iştirak ediblər.
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Liderlik məktəbinin açılışında çıxış edərək müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üzləşdiyini, ulu öndərHeydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin inkişaf etdiyini vurğulayıb.
Ombudsman ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində atılan addımlardan danışıb, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının qorunması, təhsil, səhiyyə, sosial və mədəni sahələrdə, milli mənəvi dəyərlərimizin qorunmasında böyük uğurların əldə edildiyini bildirib. O, Prezidentİlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyü, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Müvəkkil uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı məlumat verib, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığını, 20 ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğunu bildirib.
Tədbirdə qeyd olunub ki, Liderlik məktəbi uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarının öyrənməsinə və təlimçilər, trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.
Liderlik məktəbinə cəlb olunan uşaqlara ölkəmizin tanınmış şəxsləri, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən uşaqlara ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, eləcə də insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzularda interaktiv təlim metodundan istifadə edərək öyrədildiyi qeyd olunub. Bu məktəbdə Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox bilik əldə etməsinə, layiqli vətəndaş ruhunda yetişməsinə kömək etdiyi bildirilib.
Tədbirdə iştirak edən qonaqlar respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, təmsil etdikləri qurumların uşaq hüquqları ilə bağlı prioritetlərini qeyd edib, bu gün böyük uğurlara imza atmış Liderlik məktəbində birləşən uşaqların bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduqlarını vurğulayıblar.Tədbirdə E.Süleymanova və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin şagirdlərin suallarınl cavablandırıblar.Sonda məktəblilərə sertifikatlar təqdim edib.
Qeyd edək ki, "Liderlik Məktəbi” Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh şəbəkəsi nəzdində 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu məktəbi ötən dövr ərzində 1500-dən artıq uşaq və gənc bitirib və lider kimi yetişərək sertifikatla təltif olunublar. Hazırda 19-cu tədris ilində Liderlik məktəbinə Bakı şəhərinin müxtəlifməktəblərində təhsil alan 100-dək şagird könüllü şəkildə cəlb olunub.
banner

Oxşar Xəbərlər