• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

Liderlər Camal Kaşıqcının ölümü məsələsini müzakirə ediblər

11.11.18 15:44 511
Liderlər Camal Kaşıqcının ölümü məsələsini müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist CamalKaşıqcının ölümü məsələsini müzakirə ediblər.
Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, söhbət Fransa prezidenti Emmanuel Makronun adından Orse muzeyində verilən şam yeməyi zamanı baş tutub.
Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.KaşıqcıTürkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Kaşıqcının Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.
banner

Oxşar Xəbərlər