• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

“Libraff”dan uşaqlara hədiyyə - Fotolar

16.01.18 15:05 692
“Libraff”dan uşaqlara hədiyyə - Fotolar
"Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin (EAS) birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib. Tədbiri keçirməkdə məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa və xüsusilə də ana dilimzdə mütaliəyəyə təşviq etmək məqsədilə mükafatlandırmaq olub. Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri də təşkil olunub .
Avropa Azərbaycan Məktəbinin direktoru Qarri Qrippin məktəbin şagird və valideynlərini salamlayaraq, uşaqların doğma ana dilini mükəmməl bilməsinin əhəmiyyətindəndanışıb. Sonra şagirdlərə TEAS Press Nəşriyyat evinə məxsus əmtəə nişanı olan "3 alma” nəşriyyatı adından "Mimi”, "Köhlən at” və "Qrin Qeyblz malikanəsinin qızı Anni” kitabları hədiyyə olunub.
Reyhan Yusifqızı uşaqlara müəllifi olduğu kitabın qəhrəmanı "Mimi”nin timsalında yüksək texnologiyaların əhəmiyyətindən və onun müasir cəmiyyətin inkişafına göstərdiyi misilsiz təsirindən bəhs edib. Yazıçı hədiyyə olunan kitabları imzalayıb. Daha sonra kitabın illüstratoru rəssam Səbinə Vəzirova balaca qonaqlara "Mimi” qəhrəmanının necə yaratdığını məktəblilərə izah edib.
Reyhan Yusifqızının sözügedən kitabında ikinci sinif şagirdi Aylinin yaşlı professorun evində yaşayan "Mimi” adlı qeyri-adi siçanla dostluğundan bəhs edilir. Tanınmış alim Lutfi Zadənin prototipi kimi qələmə alınmış professor oyuncaq siçanını əməliyyat edərək ona süni beyin yerləşdirir. "Mimi” insan kimi danışır, hərəkət edir, riyaziyyatı bilir. Aylinə riyaziyyat tapşırıqlarında kömək edir, onunla birlikdə musiqiyə qulaq asıb, rəqs edirlər.

banner

Oxşar Xəbərlər