• cümə, 29 Mart, 13:30
  • Baku Bakı 14°C

“Liberty Media” istəyir ki, Formula-1 ABŞ-ın milli futbol liqasına bənzəsin

08.03.18 09:50 770
“Liberty Media” istəyir ki, Formula-1 ABŞ-ın milli futbol liqasına bənzəsin
"Liberty Media”nın icraçı direktoru Qreq Maffey 2020-ci ildə Berni Ekklstounun komandaları ilə bağlanmış kommersiya müqavilələrinin vaxtı başa çatdıqdan sonra Formula-1 yarışlarının gələcəyi ilə bağlı fikirlərini paylaşıb.
AZƏRTAC"F1News.ru” saytına istinadla xəbər verir ki, Maffey söhbət zamanı daha maraqlı yarışlar və azarkeşlərin cəlb edilməsi haqqında fikirlərlə yanaşı, Formula 1-in ABŞ milli futbol liqasına (NFL) bənzəməsini istədiyini bildirib.
Qteq Maffey deyib: "Hesab edirik ki, Formula 1-də çempionatın ətrafında formalaşan azarkeş kütləsi ilə kifayət qədər səmərəli iş aparılmayıb. Biz tamaşaçı sayını artıra, mübarizəni daha rəqabətli və maraqlı edə bilərik. Yarışların keçmiş rəhbərliyi buna o qədər də diqqət yetirməyib.
Sizin artıq qaliblərə o qədər də cəzbedici görünə bilməyəcək xərclərin azaldılması, yaxud mükafatların yenidən bölüşdürülməsi kimi məsələlərdə balans yaratmaq cəhdlərimizlə bağlı ictimai müzakirələr haqqında məlumatınız var. Biz perspektivdə hər hansı bazar günü kiminsə qalib gələ bilməsinin mümkün olacağı NFL formatında bir çempionat yaratmaq istəyirik.
Bizdə komandalar ilə fikir ayrılığı var və buna güman etdiyimizdən də çox diqqət yetirilir. 2010-ci ildən sonra anlaşma Müqaviləsinə yenidən baxılması və gələcək fəaliyyətimizdə irəliləyiş üçün şərait yaradacaq yeni üsulların axtarılması ərəfəsində gərginlik artacaq.
Bu məsələlərə belə çox diqqət ayrılması bizim üçün təəccüblüdür. Çoxumuz bizneslə sakit şəraitdə məşğul olmağa alışmışıq, lakin Formula-1 ilə bağlı hər şey istər-istəməz dünya xəbər agentliklərinin sərlövhəsində yer alır.
Problemlərdən biri də onunla əlaqədardır ki, biz 2020-ci ilədək vəziyyəti ciddi şəkildə dəyişə bilmərik. Bəziləri bunun tez baş verməsini istəyir, lakin digərləri bu cəhdlərdən öz mənafeyinə uyğun istifadə etməyə başlayır. Bir neçə komanda bəyanat verdi ki, "Liberty Media” öz şərtlərini irəli sürməli, sonra onları qəbul etməyənlərlə razılığa gəlməyə başlamalıdır. Sərt mövqe nümayiş etdirmək yerinə, biz hər şeydən əvvəl hamını qane edəcək qərar variantı tapmaq istəyirik.
Bu, Formula-1-in icraçı direktoru Çeyz Kerinin mövqeyidir və mən onunla tam razıyam. O, əvvəlcə 10 komandanın hər birini razı salacaq kompromisin əldə edilməsinin mümkünlüyünü bilmək istədi, hərçənd bu komandaların hər birinin müxtəlif maraqları var”.
banner

Oxşar Xəbərlər