• cümə, 19 Aprel, 20:42
  • Baku Bakı 24°C

Ləzzətli yeməklərin reseptlərini “Super Analar” verəcəklər

11.06.19 13:03 587
Ləzzətli yeməklərin  reseptlərini “Super Analar” verəcəklər
İyunun 10-da "Xəyal adası”nda "Super Sun” yağ markasının təşkilatçılığı ilə hazırlanan "Super Analar” layihəsinin açılış mərasimi keçirilib.
Yenilikləri və sosial layihələri ilə daim seçilən "Super Sun” markası bu dəfə mətbəxlərimizə hər kəsin sevərək izlədiyi bloggerlərlə birlikdə gələcək. Layihə zamanı bloggerlik fəaliyyətləri ilə sevilən məşhur simalar mətbəxdə müxtəlif yeməklər və şirniyyatlar hazırlayaraq, xüsusi reseptlərini "Super Sun” markasının sosial media kanallarının izləyiciləri ilə paylaşacaq.
Sadəcə yemək hazırlamaqla kifayətlənməyən "Super Analar” eyni zamanda mətbəxdə tətbiq etdikləri praktik üsulları, kiçik mətbəx sirlərini, uşaqlara yeməyi sevdirməyin yollarını və s. məlumatları da təqdim edəcəklər.
"Super Sun” yağı özünəməxsus təamı ilə bütün yeməklərə və şirniyyatlara mükəmməl yaraşdığı üçün illərdir mətbəxlərimizin əvəzedilməz üzvüdür.
Tədbirin sonunda qeyd edildi ki, xanımlar "Super Sun” markasının "Youtube”, "Facebook” və "İnstaqram” kanalları vasitəsilə "Super Analar” layihəsini izləyərək, həm yeni praktik məlumatlar öyrənə, həm də ailələri üçün sevilən ləzzətli yeməklər hazırlaya bilər. Anaların hazırladığı yeməklərin və şirniyyatların reseptləri eyni zamanda www.neyeyek.az saytında yerləşdiriləcək.
Qeyd etmək istərdik ki, "Super Analar” layihəsi mütəmadi şəkildə yeni və fərqli konseptlərlə qarşınıza gələcək.






banner

Oxşar Xəbərlər