• cümə, 29 Mart, 15:05
  • Baku Bakı 14°C

Leyla Yunusun Şnobel mükafatına namizədliyi irəli sürüldü

29.10.14 10:27 1364
Leyla Yunusun Şnobel mükafatına namizədliyi irəli sürüldü
Leyla Yunus mükafatlara layiqdir. O bu işi sevir və biz də bu kiçik nəhəngin, həyatında böyük siyasətdən tutmuş gəlirli hüquq müdafiəçisi fəaliyyətinə qədər hər şeyin dadını görmüş bu qadının arzusunu yerinə yetirməyə çalışdıq. Beləliklə, “haqqın.az” vətəndaş Yunusa Şnobel mükafatının verilməsi təşəbbüsü ilə çıxış edir. Bu mükafat Mark Abrahams və “İnanılmaz tədqiqatlar annalı» yumoristik jurnalı tərəfindən 1991-ci ildə təsis edilib.
Bəli, biz bir qədər gecikmişik də. Axı Şnobel mükafatını oktyabrın əvvəlində təqdim edirlər, yəni həqiqi Nobel mükafatının laureatları elan edilmə mərasiminə qədər. Digər tərəfdən hələ də Azərbaycanda bir dəfə də olsun heç kimə bu mükafat təqdim edilməyib. Bu səbəbdən də pionerlərə bir çox şeyləri bağışlamaq olar.
Ən əsası odur ki, Yunus çoxdan Şnobeldə göstərildiyi kimi “əvvəlcə adamı gülməyə, sonra isə düşünməyə vadar edən nailiyyətlərə” görə bu mükafatı almağa layiq görülməli idi. Yeri gəlmişkən, bu ad, mükafatın Rusiya variantının adlandırılmasıdır. İngiliscə ona “Ig Nobel Prize” deyirlər. Bu bir söz oyunudur. İngilis dilində Nobel mükafatı «Nobel Prize» adlanır. Leyla Yunus hüquq müdafiəçisi statusunda kifayət qədər vəsaitə, bank hesabı və xaricdə mülkiyyət əldə edib. Onun əri Arif Yunusun da adını çəkmək olar. Mütəmadi olaraq səhnəyə çıxaraq, “ruhi xəstə” obrazını oynayır. Lakin o Leylanın yolunda maneəyə çevrilə bilməyəcək. Bir faktı da qeyd edək ki, 2013-cü ildə səhiyyə üzrə Şnobel mükafatını Tailanddan olan Kasian Bxanqanadu cinsiyyət üzvünün qeyri-adi əməliyyatına görə alıb.
Elə həmin il Britaniyadan olan Bert Tolkamp maraqlı bir tədqiqata görə - inəyin nə qədər çox uzanıb durması üzrə bu mükafata layiq görülüb. Əgər bu cür kampaniya Leyla xanıma o qədər də nüfuzlu görünmürsə, ona xatırladırıq ki, Şnobel mükafatını ABŞ-ın Hesablama Palatası da alıb.
Bir faktı da qeyd edək ki, 2010-cu ildə bu mükafatı britaniyalı alimlər alıblar. Bilirsiniz nəyə görə? Söyüşün ağrını kəsməkdə yaxşı vasitə oldğunu sübut etdiklərinə görə. Bax Leyla xanım bu məsələdə dahidir. Axı biz görmüşük ki, o, Azərbaycan polislərini söyərkən və onların papaqlarını yerə atarkən ağrılarını necə götürüb.
Bu mənada Şnobel yenə onun üzünə gülür. Yunusa bu mükafatı həm də ona görə vermək gərəkdir ki, bu xanım kimi gəldi hüquqlarını qorumaq üçün aktiv fəaliyyətə başlamağa hazırdır. Təki həmin şəxs Azərbaycanı ləkələsin. Burada yada bir fakt düşür - 2008-ci ildə Şnobel mükafatını İsveçrənin etika və biotexnologiya üzrə Federal Komitəsi alıb. Onların gəldiyi qənaət isə belədir – bitkilərin də ləyaqəti var. Beləliklə, Yunus Şnobel mükafatına tam layiqdir. Axı Sülh üzrə Nobel mükafatını Barak Obamaya veriblər. Leyla xanımın ondan nəyi əskikdir? O, hətta bir az ondan gözəldir də.
banner

Oxşar Xəbərlər