• cümə axşamı, 28 mart, 21:53
  • Baku Bakı 13°C

“Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır” - Baş prokuror

01.10.14 11:19 988
“Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır” - Baş prokuror
“İstintaqın ilk günündən Leyla Yunusun öz istədiyi vəkil təyin olunub və həmin vəkil istədiyi vaxt onunla görüşür. Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq onların hüquq və azadlıqları təmin edilir”.
Bu sözləri baş prokuror Zakir Qaralov bəzi beynəlxalq təşkilatların etirazlarına münasibət bildirərkən deyib. O, L. Yunusun cinayət işi ilə bağlı mətbuata vaxtaşırı məlumatlar verildiyini söyləyib: “Bu günlərdə mətbuatda Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar yayılıb. Bu, uydurmadır. Dərhal ekspertiza keçirilib və həmin məlumat öz təsdiqini tapmayıb. Onun cinayət işi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”./apa/
banner

Oxşar Xəbərlər