Leyla Ramazanlıdan İçərişəhər fotosessiyası
Müğənni Leyla
Ramazanlı hər il müxtəlif səpkidə yeni fotosessiya etdirir. Fotosessiya
etdirmək üçün müxtəlif ölkələrə üz tutan ifaçı bu dəfə tarixin canlı şahidi olan İçərişəhərə yollanıb.
Fərqli
libaslarla kamera qarşısına keçən Leyla Ramazanlı qış fotosessiyasının onun yaradıcılığında
xüsusi yer tutduğunu bildirib. İfaçı hazırda iki mahnı üzərində çalışdığını
qeyd edib:
"Hazırda iki
mahnı üzərində çalışıram. Mahnılarımdan biri ritmik, digəri lirikdir. Yaxın
zamanda hər ikisini tamaşaçılara təqdim edəcəm”.
Leyla Ramazanlının
fotosessiyasını təqdim edirik: