• çərşənbə axşamı, 16 aprel, 14:26
  • Baku Bakı 19°C

Leyla Ramazanlı sevilən mahnısına klip çəkdirdi

10.06.15 17:33 1233
Leyla Ramazanlı sevilən mahnısına klip çəkdirdi
Gənc ifaçı Leyla Ramazanlı yazdırdığı “Sənə dəyməz” mahnısına klip çəkdirdi. Müğənni ifa etdiyi mahnının qısa zaman çərçivəsində sevildiyi üçün məhz bu mahnısını lentə aldırıb. O, “Sənə dəyməz” mahnısına isti yay günlərinə uyğun klip ərsəyə gətirib. Yayın hiti hesab olunan “Məsafələr” mahnısı yeni işıq üzü görsə də ifaçı sevilən mahnılarının daha uzunömürlü olması üçün məhz belə addım atdığını qeyd etdi: “Sözləri Leyli İsrafilovaya, musiqisi Pərviz Mahmudova məxsus olan “Sənə dəyməz” mahnımın sevildiyi üçün ona klip çəkdirməyi qərara aldım. Adətən sevilən mahnılarımın uzunömürlü olması üçün onlara ekran həyatı verməyə üstünlük verirəm. Belə olan təqdirdə mahnı daha uzunömürlü olur. Onu da nəzərinizə çatdırım ki, bir müddətdən sonra yeni yazdırdığım, hazırlandığı gündən də tamaşaçıların marağına səbəb olan “Məsafələr” mahnıma da klip çəkdirməyi düşünürəm”.
Adətən yerli şou-bzines nümayəndələrindən fərqli olaraq kliplərinə təqdimat etməyi sevməyən ifaçı yalnız konserti üçün mətbuat konfransı edəcəyini də bildirib: “Çəkdirdiyim kliplərə təqdimat etmirəm. Efirdə hər hansı verilişdə onu təqdim etməyi üstün tuturam. Xarici şou biznesə də nəzər yetirsək onların da bu üsuldan istifadə etdiyinin şahidi olarıq”.
Qeyd edək ki, Leyla sözügedən klipinin ilk nümayişini Murad Arifin “Solo” verilişində edib. Sözügedən klipin rejissoru Kamran Aydınov, art direktoru Xavərə məxsusdur.
Klipi bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=HKJz3kDyjL8&feature=youtu.be
banner

Oxşar Xəbərlər